FIFA-nın Oyunçuların Statusu Komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının futbolçu Emin Mahmudovla bağlı müraciəti ilə əlaqədar qərar qəbul edib.
Sportal.az xəbər verir ki, qərara əsasən, AFFA və futbolçu Emin Mahmudovun assosiasiyanın dəyişdirilməsi ilə bağlı xahişi təmin olunub.
Mahmudova bu qərar tərəflərə göndərilən tarixdən etibarən Azərbaycan milli komandasında çıxış etmək icazəsi verilib. FIFA bu barədə UEFA və Rusiya Futbol İttifaqını da məlumatlandırıb.
Qeyd edək ki, Emin Mahmudov bir müddət öncə Rusiya "Krılya Sovetov" klubundan ayrılaraq, Portuqaliya "Boavişta" klubu ilə 2 illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi