Elşən Rzazadə "Neftçi"dən ayrılmasının səbəbini açıqladı

01:12 - 6 Avqust 2016

Elşən Rzazadənin "Neftçi"dən ayrılması barədə xəbər vermişdik.

 

Gənc futbolçu paytaxt klubundan ayrılmasının səbəbləri barədə Sportal.az-a açıqlama verib. O, şans verilmədiyinə görə komandadan getdiyini deyib: "Komandaya yeni transfer olduğum vaxtlarda şans verilmirdi. Daha sonra zədələndim. Buna görə də heyətə düşməkdə çətinlik çəkirdim. Elə şeylər var ki, heç özüm də bilmirəm. Mənim elə yaşımdır ki, indi ehtiyyatda oturmalı deyiləm. Ona görə də qarşılıqlı razılaşma əsasında "Neftçi"dən ayrıldım. Hələ ki, heç bir klubdan təklif almamışam".

 

Qeyd edək ki, Elşən Rzazadə 2015/2016-cı il mövsümünün qış fasiləsində "Xəzər Lənkəran"dan "Neftçi"yə transfer olunmuşdu

Xəbər xətti