"Sumqayıt" "Zirə"ni, "Neftçi" AZAL-ı məğlub etdi YENİLƏNİB

21:56 - 6 Avqust 2016

Azərbaycan Premyer Liqasında 2016/2017-ci il mövsümünə start verilir.

 

Sportal.az xəbər verir ki, ilk tura bu gün baş tutacaq iki qarşılaşma ilə start veriləcək.

 

Mövsümün açılış matçı Şüvəlanda keçiriləcək. AZAL doğma meydanda "Neftçi"ni qəbul edəcək. Paytaxt təmsilçilərinin dueli saat 18:00-da başlayacaq.

 

Günün ikinci qarşılaşmasında isə "Zirə" və "Sumqayıt" komandaları üz-üzə gələcək. Zirə Olimpiya Kompleksinin stadionunda baş tutacaq görüşün start fiti saat 20:00-da səslənəcək.

 

1-ci tur

6 avqust

 

18:00. AZAL - "Neftçi" 0:2

Qırmızı vərəqə: Ruslan Nəsirli, 36 - Jayro Rodriqes, 36

QOL: Elvin Bədəlov, 60, Rəhman Hacıyev, 70

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Coşqun Həsənov.

Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Rəvan Həmzəzadə.

Şüvəlan. "AZAL Arena".

 

20:00. "Zirə" - "Sumqayıt"  0 - 1

QOL: Vaqif Cavadov, 75

Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mehman Mahmudov, Rövşən Rəcəbov.

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ömər Paşayev.

Zirə İdman Kompleksinin stadionu.

Xəbər xətti