"Qarabağ"ın maraqlandığı futbolçu "Beşiktaş"ın hədəfində

15:04 - 6 Avqust 2016

"Qarabağ"ın Kİprin "Anortosis" klubunun hücumçusu Dino Ndlovu ilə maraqlandığı haqda məlumat vermişdik.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı futbolçunun xidəmətində "Qarabağ"la yanaşı Türkiyənin "Beşiktaş" və "Antalyaspor" klubları da maraqlıdır. Cənubi Afrika millisinin hücumçusu son qərarını verməyib.

 

Qeyd edək ki, Ndlovu Cənubi Afrika millisində 4 oyun keçirib. O, karyerası ərzində İsrailin "Bney Yehuda", "Makkabi" (Hayfa) klublarında top qovub. Hücumçu son mövsümdə "Anartosis"in heyətində 31 oyuna 17 qol vurub.

Xəbər xətti