Premyer Liqanın ilk turu çərçivəsində AZAL öz meydanında "Neftçi"ni qəbul edir.
Sportal.az-ın stadionda olan əməkdaşı xəbər verir ki, ilk hissəsi davam edən matçın 36-cı dəqiqəsində gərgin anlar yaşanıb. "Neftçi"nin futbolçusu Jayro Rodriqes rəqibin futbolçuya qarşı kobudluq edib. Bundan sonra futbolçular arasında mübahisəbaş verib. Nəticədə AZAL-dan Ruslan Nəsirli və "Neftçi"dən Jayro Rodriqes qırmızı vərəqə alaraq meydanı tərk edib.
Qeyd edək ki, "AZAL Arena"da keçirilən və ilk hissəsi davam edən matçda hesab açılmayıb.
saytlarin hazirlanmasi