Premyer Liqamızın ilk turunda “Sumqayıt” səfərdə “Zirə”ni məğlub edib.
Sportal.az xəbər verir ki, oyunda sonra “kimyaçılar”ın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.
İlk oyun idi. Həm də səfərdə oynayırdıq. Uşaqlar ürəklə oynadılar. Heyətimizdə adlı-sanlı futbolçularla yanaşı, gənclər də var. Adlı-sanlı oyunçuya futbolu öyrətmək laım deyil. Həm də bu düzgün səslənməz. Hamı bacardığından artığını etdi. Desəm ki, bütün oyunlarımız belə olacaq, yalan deyərəm.
- Bu gün “Zirə” özü-özünü uduzdurdu?
- Biz istəklə oynadıq. Can qoyduq. “Zirə” haqda danışmağa ehtiyac duymuram.
- Kamran Ağayev “Sumqayıt”a lazımdı?
- Bəli.
- Məşqçilər həmişə qələbə qazananda deyirlər ki, futbolçular tapşırıqlarımı yerinə yetirdilər. Uduzanda isə deyirlər ki, tapşırıqlarımı yerinə yuetirmədilər.
- Elədir. Nə deyim? Bəlkə də məşqçi özünü sığortalamaq üçün deyir.
saytlarin hazirlanmasi