Adil Şükürov: "Güclənməyə ehtiyacımız var"

22:17 - 6 Avqust 2016

Premyer Liqamızın ilk turunda “Sumqayıt” səfərdə “Zirə”ni məğlub edib.

 

Sportal.az xəbər verir ki, oyunda sonra “qartallar”ın baş məşqçisi Adil Şükürov jurnalistlərin suallarını cavablandırıb.

 

İlk oyunu idi. Ağır oldu. Tam olaraq hazır deyilik. Güclənməyə ehtiyacımız var.

 

- Nurlan Novruzovu Murad Səttarlı ilə əvəzlədiniz. Niyə Yasin Həmidi oyuna erkən daxil etmədiniz?

- Yasini sonra üçün fikirləşdik. Daha çox qaçan futbolçu lazım idi.

 

- Məğlubiyyətin əsas səbəbi nə idi?

- Oyunun sonlarında yorulduq. Həm də çempionatının ilk turudur. Oyunçular öyrəşməlidir.

 

- Sizcə, bu ədalətli idi?

- Artıq barışmalıyıq. Amma ədalətli deyildi.

 

- Komandanın büdcəsi azalıb?

- Həmin büdcədir.

 

- Yeni gələn legionerləri gedənlərdən zəif yoxsa üstün tutursuz?

- Gələnləri gedənlərdən zəif saymıram.

 

- Nelson Bonilya üçün burnunuzun ucu göynədi?

- Artıq barışmaq lazımdır.

Xəbər xətti