AZAL - "Neftçi" (0:2) matçından sonra "təyyarəçilər"in futbolçusu Kamal Mirzəyev Sportal.az saytına müsahibə verib.
- Mövsümün ilk oyunu haqda fikirlərin?
- Göz görə-görə haqlı vəziyyətdən haqsız duruma düşdük. İdarəçilik haqda danışmağım düzgün olmaz. Amma oyunumuz yaxşı alındı. Təmiz qolumuz qeydə alınmadı. Əgər qolumuz hesaba alınsaydı, oyun başqa cür ola bilərdi.
- İlk turda məğlubiyyət komandaya necə təsir edəcək?
- Çempionatın ilk turu idi. Marafona çox var. Bir oyunla nəsə demək olmaz. Bizi Tərlan Əhmədov kimi təcrübəli mütəxəssis çalışdırır. O, bizə futbolun 1 oyundan ibarət olmadığını və qazanacağımız çox şey olduğunu öyərdib.
- Yeni futbolçular komandaya uyğunlaşıblar?
- Komandaya təcrübəli futbolçular cəlb olunub. Yeni transferlər komandamızı gücləndiriblər. Onların köməkliyi ilə mövsümü yüksək yerlərdə başa vurmaq istəyirik.
- AZAL-ın hədəfi nədir?
- Hədəfimiz çempionatı major notlarda bitirmək. Buna inamımız çoxdur və gücümüzə inanırıq. Biz yüksək yerlər uğrunda mübarizə aparırıq. Çempionatın sonunda görəcəyik.
saytlarin hazirlanmasi