"Zirə" - "Sumqayıt" (0:1) matçından sonra "qartallar"ın portuqaliyalı müdafiəçisi Migel Lorenso Sportal.az saytına müsahibə verib.
- Migel, debüt matçın necə keçdi?
- Çox təəssüf, uduzduq. Debüt matçımda qələbə qazanmaq daha xoş olardı. “Sumqayıt” oyun ərzində çərçivəyə 1 zərbə vurdu və qol oldu.
- Oyunun nəticəsi ədalətli idi?
- Xeyr. Amma bu, futboldur.
- Yeni transferlər komandaya uyğunlaşa bilir?
- Biz hələ bu mərhələni keçirik. Hər şey yaxşı olacaq.
- İlk oyundan sonra Azərbaycan futbolu haqda nə düşündün?
- Onu deyim ki, Portuqaliyadan fərqlidir.
- Süni örtüklü meydanda oynamaq ağır deyildi?
- Portuqaliyada süni ot örtüklü meydan yoxdu. Hamısı təbii otdandır. Amma “Zirə”nin stadionundakı süni ot qaydasındadır. Problem yoxdur.
- Siz ilk dəfə idi ki, süni ot örtüklü meydanda oynadız?
- Xeyr. Mən sonuncu dəfə 15 il əvvəl süni ot örtüklü meydanda oynamışdım. Amma sonra oynamamışdım.
- İlk oyundan sonra “Zirə” azarkeşləri haqda nə düşündün?
- Bizi azarkeşlərimiz yaxşı dəstəklədilər. Onlara təşəkkür edirəm. Azarkeşlərimizin stadionlara gəlməsi yaxşı haldır.
Mehman ƏŞRƏFOV
saytlarin hazirlanmasi