“Bu oyunda hamımız komanda şəklində mübarizə apardıq və qələbə qazandıq. Futbolçuların hər biri ürəyini meydanda qoydu. 1:0 hesablı qələbə qazandığımız üçün çox şadam. Bu, Azərbaycandakı ilk oyunum idi”.
Sportal.az saytına açıqlamasında bu sözləri “Sumqayıt”ın yeni transferi İbrahim Abdunicat Azərbaycan Premyer Liqasının ilk turunda “Zirə”ni 1:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra deyib.
Əslən Təbrizdən, azərbaycanlı olduğunu deyən Abdunicat “Sumqayıt”da özünü çox yaxşı hiss edir:
“Bu kluba gəldiyim üçün çox şadam. “Sumqayıt”da özümü çox yaxşı hiss edirəm. Düzdür, komandaya yeni qoşulmuşam. Hələ ki tam formada deyiləm. Lakin baş məşqçimiz hər bir futbolçuya olduğu kimi, mənə də xüsusi diqqət yetirir. Xüsusi proqram əsasına çalışıram. Tezliklə 100 faiz hazır olacağam”.
saytlarin hazirlanmasi