"Zirə" - "Sumqayıt" (0:1) matçından sonra "qartallar"ın serbiyalı yarımmüdafiəçisi Milan Duriç Sportal.az saytına müsahibə verib
- Debüt matçın haqda nə söyləyə bilərsən?
- İlk oyunda məğlub olduq. Heç yaxşı olmadı. İlk oyun olduğu üçün çətin keçdi. Azarkeşlərə təşəkkür edirəm ki, bizi sona qədər dəstəklədilər.
- Hesab ədalətli oldu?
- Xeyr.
-Yeni transferlər komandaya uyğunlaşır?
- Bizim zaman ehtiyacımız var. Bu, mənim “qartallar”ın heyətində keçirdiyim ilk rəsmi matçım idi.
- Milan, süni ot örtüklü meydanda oynamaq sizin üçün çətin deyildi?
- Azərbaycana gələndə, sizin sayta verdiyim müsahibədə də qeyd etmişdim ki, süni ot örtüklü meydanlarda heç vaxt oynamamışam. Təbii otu süniyə dəyişmişəm. Bu, mənim üçün çətindir, zamana ehtiyacım var.
- “Zirə”nin hücumçu transferinə ehtiyacı var?
- Əlbəttə. Məncə, ehtiyacımız var
Mehman ƏŞRƏFOV
saytlarin hazirlanmasi