"Tondela"nın baş məşqçisi: "Elnur Cəfərovun dedikləri cəfəngiyyatdı"

15:48 - 7 Avqust 2016

Elnur Cəfərovun Portuqaliyanın “Tondela” klubuna keçidi nə qədər sevindirici olsa da, 1 ay sonra komandadan uzaqlaşdırılması bir o qədər üzücü oldu. Futbolçu verdiyi açıqlamada bunu baş məşqçi Armando Petitlə aralarındakı münaqişəyə bağlamışdı:


“İlk vaxtlar hər şey qaydasında gedirdi. AÇ-nin finalında Ederin vurduğu qoldan sonra Portuqaliya Avropa çempionu oldu. Baş məşqçi hamının qarşısına içki ilə dolu badələr qoydu. Hamı bilirdi ki, mən müsəlmanam. Ancaq məşqçi yaxınlaşaraq, içməməyimin səbəbini soruşdu. İnanclı olduğumu və spirtli içki qəbul etməyin günah olduğunu söylədim. Ancaq o, təkid etməyə başladı. Qədəhi şampanla doldurub mənə zorla içirtmək istədi. Onun əlini aralamaq istədikdə təsadüfən qədəhə toxundum və badə sındı. Bundan sonra Petitin mənə qarşı münasibəti korlandı. Meydançaya nadir hallarda  - 5-10 dəqiqəlik buraxmağa başladı. Bir matçda 25 dəqiqə meydanda oldum, onda da qol vurdum... Sonradan zəng vurub, 5 aylıq 2-ci divizion klubuna icarəyə vermək istədiklərini bidirdilər. Ancaq həmin divizionda inkişaf etməyəcəyimi nəzərə alıb, qarşılıqlı şəkildə müqaviləyə xitam verdik”.

 

Sportal.az xəbər verir ki, “Tondela”nın baş məşqçisi Cəfərovun söylədiklərini cəfəngiyyat adlandırıb:

 

“Elnur Cəfərovun dedikləri cəfəngiyyatdı. Əvvələr də rəhbərliyim altında xeyli müsəlman futbolçular çıxış edib. Necə oldu ki, onların heç biri ilə problem yaşamadım, amma indi belə hal baş verdi?! Ola bilər, komanda yoldaşlarından kimlərsə Elnurla zarafat etsin. Ancaq mənimlə bu səpkidə heç bir anlaşılmazlıq olmayıb. Futbolçunun peşəkar səviyyəsi tələblərimizə cavab vermədiyi üçün onu yola saldıq”. (futbolinfo.az)

 

Xəbər xətti