“İnter” Premyer Liqanın ilk turunda “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, “İnter”in baş məşqçisi Zaur Svanadze oyundan sonra jurnalistlərin suallarını cavablanıdırıb:
Pis təsir bağışlamadıq. Oyunöncəsi də demişdim ki, erkən qoldan ehtiyatlı olun. İkinci hissədə yaxşı oynadıq. Belə davam etsək, yaxşı olacaq. Amma çətinlik çəkəcəyik.
- “Qarabağ”ı məğlub edən komandanın futbolçularını qəhrəman hesab etmək olar?
- Belə adlandırmazdım. Futbolçulara da demişdim ki, uduzsaq, sizi tənbeh etməyəcəm. Qəhrəman hesab etmirəm.
- Bildirdiniz ki, mübarizə çətin olacaq. Nəyə görə bunu belə söylədiniz?
- Çempionatdakı klubların hamısı iddialıdır. Buna görə dedim.
- Bu il “İnter”dən nə gözləmək olar?
- Qeyd etmək istəyirəm ki, ötən mövsüm 15-16 futbolçumuz var idi. Digərləri isə gənc oyunçular idi. İndi 24-25 futbolçumuz var. Hər mövqeyə 2 futbolçu düşür. Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır.
- “İnter” gizli favoritdir, yoxsa aşkar?
- Biz favorit deyilik. Zarafat etmirəm. Ciddiyəm, biz çempionluğa real namizəd deyilik.
saytlarin hazirlanmasi