Ruslan Abışov: "Qarabağ"ın belə vəziyyətdə olması bizə əlavə üstünlük verdi" MÜSAHİBƏ

00:21 - 8 Avqust 2016

“İnter” – “Qarabağ” (2:1) oyunundan sonra matçda dubl etmiş Ruslan Abışov jurnalistlərin suallarını cavablandırıb:

 

Sportal.az qarşılaşmanın qəhrəmanının müsahibəsini təqdim edir:

 

- Çətin oyun oldu. İlk turda “Qarabağ”la qarşılaşmaq istəməzdik. Çempionatın əvvəli çətin keçir. “Qarabağ”ın topa daha çox nəzarət etdiyini bilirdik, ona görə də planlarmızı əks-hücum üzərində qurmuşduq. Qarşılaşmanın əvvələrində qol epizodlarından yararlana biləsydik bəlkə də hər şey başqa cür ola bilərdi. 

 

- “İnter” “Qarabağ”dan da fəal görünürdü...
- Məncə, bu ilk oyundu, gələcəkdə daha yaxşı olacaq. 

 

- Özünü bugünkü oyunun qəhrəmanı sayırsanmı?
- Xeyr, belə düməzdim. Meydana 11 nəfər əziyyət çəkirik. Qol pası verən, cəriməni qazanan futbolçular oldu. Mənim üçün daha uğurlu alındı, qol vurdum.

 

- İndi daha irəlidə oynayırsan, yəqin ki, qol vurmağı daha çox düşünərsən...
- Çalışacam ki, qollarımın sayını artırım. Optimal formaya düşüb, millidə ilk 11-liyə düşmək istəyirəm. 

 

- Qolları kimə həsr edirsən?
- 2 əvvəl atamın 60 yaşı olmuşdu, ona həsr edirəm.

 

- Sənə elə gəlmir ki, “Qarabağ” “Viktoriya” ilə oyundan sonra psixoloji baxımdan tam özünə gəlməyib?
- Bəli, hiss olunurdu. Biz də onların bu nəticəsinə çox üzüldük. Amma futbolda belə şeylər olur. Peşəkar oyunçular meydana çıxanda belə şeyi unutmalıdı. 
 

 

- Bugünkü qələbədə “Viktoriya”nın izi varmı?
- Belə deməzdim. Matça yaxşı köklənmişdik. “Qarabağ”ın belə vəziyyətdə olması bizə əlavə üstünlük verdi.

 

- Hər halda siz “Viktoriya”dan yaxşı oynadınız...
- Sözsüz...

 

- Növbəti turda “Qəbələ” ilə qarşılaşacaqsınız. Bu oyun haqda nə düşünürsən?
- Evdə oynayacağıq. Qalib gəlmək fikrimiz var. “Qəbələ” avroliqada çıxış edir, onlara da uğurlar arzu edirəm.

Xəbər xətti