"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, paytaxt klubu İspaniyanın "Qranada" klubunun hücumçusu Denilson Pereyra Junioru heyətinə qatıb. Braziliyalı futbolçu "Neftçi"də 1 illik icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, 21 yaşlı hücumçu "Qranada"ya 2013-cü ildə "Fluminense"dən transfer edilib. O, ötən mövsüm intizamsızlığına görə, "Qranada"nın əvəzedici komandasına göndərlib. Denilson "Qranada B"də 38 oyuna 10 qol vurub.
saytlarin hazirlanmasi