Qurban Qurbanovla Roman Qriqorçukun dünya reytinqindəki mövqeyi açıqlandı

17:00 - 8 Avqust 2016

Dünyanın ən yaxşı klub məşqçilərinin siyahısı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, siyahıda azərbaycanlı məşqçilərdən ən yaxşı göstərici "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova məxsusdur. Təcrübəli mütəxəssis 1250 xalla 517-ci pillədə qərarlaşıb. "Kəpəz"in baş məşqçisi Şahin Diniyev 156 xalla 1102-ci, "Neftçi"nin çalışdırıcısı Vəli Qasımov isə 103 xalla 1203-cü pillədə qərarlaşıb.
 
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk 1103 xalla 566-cıdır.
 
Siyahıya 18 min 112 xalla “Barselona”nın ispaniyalı çalışdırıcısı Luis Enrike  başçılıq edir. Xosep Qvardiola (“Bavariya”) 14 min 225 xalla 2-ci,  Dieqo Simeone (“Atletiko”) isə 13 min 514 xalla 3-cü, Tomas Tuçel ("Borussiya") 11 min 872 xalla 4-cü yerdədir.

 

Xəbər xətti