Teo Uiks: "Şaxtyor" barədə düşünməyim düzgün deyil" MÜSAHİBƏ

23:07 - 8 Avqust 2016

“Qəbələ”nin yarımmüdafiəçisi Teo Uiks "Kəpəz"lə (2:0) matçından sonra Sportal.az-a müsahibə verib

 

- Oyun haqda fikirlərin?

- Çox çətin oldu. Qələbəni asan şəkildə əldə etmədik. Bu nəticə bizi qane edir.

 

- Öz oyunun haqda nə söyləyə bilərsən?

- Komanda şəklində yaxşı oynadıq. Öz oyunum da pis alınmadı. Amma istədiyim performansı nümayiş etdirə bilmədim.

 

- “Lill”lə ağır oyun keçirmişdiz. Bəlkə yorğunluqdan zəif təsir bağışladın?

- “Lill”lə ağır oyun keçimişdik. Az da olsa öz sözünü deyirdi.

 

- Rəqibiniz “Kəpəz” haqda nə söyləyə bilərsən?

- Həqiqətən də yaxşı komandadırlar. Yaxşı futbolçuları var. Onlara uğurlar arzulayıram

 

- Baş məşqçi səni əvəzləyəndə əsəbi görünürdün.

- Baş məşqçimizin qərarına hörmət edirəm. Zəif çıxış etdiyim üçün əsəbləşdim. Oyunum istədiyim kimi alınmadı.

 

- Avropa Liqasının pley-off mərhələsindəki rəqibinin olan “Maribor” barədə nə söyləyə bilərsən?

- Rəqibimiz haqda geniş danışmağa ehtiyac yoxdur. Pley-off mərhələində əlimizdən gələni edəcəyik. Bizi çətin oyunlar gözləyir. Rəqib çox güclüdür.

 

- Adın “Şaxtyor” Donetsklə hallanırdı. Bu söhbətə irəliləyiş var?

- Bu haqda eşitmişəm. Amma hazırda “Qəbələ”nin şərəfini qoruyuram. “Şaxtyor” barədə düşünməyim düzgün deyil.  “Qəbələ”yə motivasiya olunmuşam.

Xəbər xətti