Yuventus”un futbolçusu Pol Poqbanın İngiltərənin "Mançester Yunayted” klubuna keçidi reallaşıb.
Sportal.az xəbər verir ki, Fransa millisinin üzvü köhnə-yeni komandası ilə münasibətlərini bu gün rəsmiləşdirib. Gənc futbolçu yeni komandası ilə 5 illik müqavilə imzalayıb. Bu barədə "Mançester Yunayted”in rəsmi saytında məlumat yer alıb.
İngiltərə klubu Poqba üçün İtaliya klubuna 105 milyon avro ödəyib ki, bu, dünyanın ən bahalı transferi deməkdir.
Qeyd edək ki, bu günə qədər "Real”ın ulduzu Qaret Beyl dünyanın ən bahalı futbolçusu idi. Beyl "Tottenhem”dən 100 milyon avro qarşılığında "Real”a keçmişdi.
Onu da xatırladaq ki, 2011-12-ci illərdə "Mançester Yuanyted”də top qovan 23 yaşlı yarımmüdafiəçi daha sonra Turin klubuna transfer olunmuşdu.
saytlarin hazirlanmasi