Ötən gün "Qəbələ" - "Kəpəz" matçından sonra Azərbaycan Premyer Liqasında 2016/2017 mövsümünün ilk turuna yekun vuruldu.
Sportal.az xəbər verir ki, ilk tur üçün azarkeş sayı da məlum olub.
Turun mərkəzi görüşü - "İnter" - "Qarabağ" oyunu ən çox azarkeşin izlədiyi qarşılaşma olub. Bu matçı 2200 tamaşaçı stadiondan izləyib. Ən az azarkeş isə "Qəbələ" - "Kəpəz" matçında qeydə alınıb - 300 azarkeş.
Yeni mövsümün ilk turunu ümumilikdə 3850 azarkeş stadiondan izləyib.
"İnter" - "Qarabağ" - 2200 tamaşaçı
"Qəbələ" - "Kəpəz" - 300 tamaşaçı
"Zirə" - "Sumqayıt" - 1000 tamaşaçı
AZAL - "Neftçi" - 350 tamaşaçı