Mövsümün ilk cəzaları açıqlandı

13:11 - 9 Avqust 2016

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, İK Azərbaycan Premyer Liqanın 1-ci turunda baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edib.

 

Premyer Liqanın I turunun AZAL – “Neftçi” matçının 36-cı dəqiqəsində “Neftçi” klubunufutbolçusu Jario Rodriqes ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. 
 
Oyunun 36-cı dəqiqəsində AZAL klubunun futbolçusu Ruslan Nəsirli rəqibi itələdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.

 

Azərbaycan Premyer Liqasının I turunun “İnter” – “Qarabağ”  matçında “İnter” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Xəbər xətti