"Qarabağ" afrikalı hücumçu üçün 2-ci dəfə təklifi göndərdi

15:15 - 9 Avqust 2016

"Qarabağ"ın Kİprin "Anortosis" klubunun hücumçusu Dino Ndlovu ilə maraqlandığı haqda məlumat vermişdik.

 

Sportal.az-a cənubi afrikalı jurnalist Co Krenninin ötürdüyü məlumata görə, "Anortosis" klubu Ağdam təmsilçisinin ilk təklifini qəbul etməyib. "Qarabağ" 26 yaşlı futbolçu üçün Kipr klubuna 2-ci təklifi göndərib. "Anortosis"in 2-ci təklifi qəbul edəcəyi gözlənilir.

 

Qeyd edək ki, Cənubi Afrika millisinin forvardı olan Ndlovunun adı Türkiyə və Polşa klubları ilə də hallanır.

Xəbər xətti