"Antalyaspor"dan Dino Ndlovu açıqlaması

11:44 - 10 Avqust 2016

Kiprin "Anartosis" klubunun hücumçusu Dino Ndlovunun "Beşiktaş", "Antalyaspor" və "Qarabağ"ın transfer hədəfində olduğu haqda məlumat vermişdik.

 

Sportal.az xəbər verir ki, "Antalyaspor" klubunun rəsmisi Nurhayat Ayan Dino Ndlvunun transferi ilə bağlı saytımıza açıqlama verib:

 

"Dino Ndlovu ilə maraqlandığımız haqda xəbərlər yayılıb. Amma biz cənubi afrikalı futbolçu üçün qarşı tərəfə rəsmi şəkildə müraciət etməmişik. Komandamızda Eto'o kimi dünya səviyyəli ulduz futbolçu var. Bundan başqa bir neçə hücuçumuz da var. Amma heyətimizə yeni forvardın cəlb ediləcəyi gözlənilir. Bu futbolçunun Ndlovu olub-olmayacağı haqda heç bir söz söyləyə bilmərəm".

 

Qeyd edək ki, "Qarabağ" cənubi afrikalı futbolçu üçün "Anartosis"ə 2-ci dəfə rəsmi təklif ünvanlayıb.

Xəbər xətti