Xəbər verdiyimiz kimi “Sumqayıt” millimizin qolkiperi Kamran Ağayevlə 1 illik müqavilə imzalayıb.
Sportal.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Kamran Ağayevə komandanın baş məşqçisi Samir Abasov maraqlı qadağa qoyub. Belə ki, gənc mütəxəssis Ağayevə məşqlərdə meyxana deməyi qadağan edib. Samir Abasov komandada məşqləri ciddi keçdiyi üçün Kamran Ağayevə xəbərdarlıq edib.
Samir Abasov komandada abu-havanın pozulmaması üçün bu addımı atıb.
Bundan əlavə, Samir Abasov Kamran Ağayevə formasını bərpa etməyi tapşırıb.
saytlarin hazirlanmasi