Portuqaliya millisinin və “Lill”in hücumçusu Eder Sportal.az-a müsahibə verib.
- Sabahdan Fransa çempionatı start götürür. “Qəbələ”dən aldığınız məğlubiyyətdən sonra Liqaya necə motivasiya oldunuz?
- Bizim hədəfimiz qrupa düşmək idi. Ancaq alınmadı. Bu, futboldu. Belə hallar tez-tez baş verir. Buna görə bunu faciə hesab etmirəm. Artıq bütün diqqətimizi “Mets”lə matça cəmləmişik. Liqaya qələbə ilə başlamaq istəyirik.
- Ağ əlcəyin sizə uğur gətirdiyini qeyd etmişdiniz. “Qəbələ” ilə oyunda niyə əlcək taxmamışdınız?
- Əlcəyi liqa matçları üçün sifariş etmişəm. Əlcək mənim uğur simvolumdur. O, mənə motivasiya verir.
- Bəlkə buna görə “Qəbələ”yə qol vura bilmədin?
- ... (gülür). Fərqlənmək üçün şanslarım oldu. Həmin oyunda “Qəbələ”yə heç cür mane ola bilmədik. Rəqibimizi təbrik edirik və onlara uğurlar arzulayırıq.
- Adın “Qalatasaray”la da hallanmışdı. Karyeranı “Lill”də davam etdirəcəksən?
- Bu yay “Lill”lə uzun müddətli müqavilə imzalamışam. “Qalatasaray”? Bu haqda məlumatım yoxdur. Yeni mövsümün başlamasını gözləyirəm.
- Bu mövsüm nə hədəfləriniz var?
- Ötən mövsümün 2-ci yarısında “Lill”ə qoşuldum və çox uğurlu alındı. Bu mövsüm istəyirəm ki, çempionatda azı 15 qol vurum.
saytlarin hazirlanmasi