Rəhim Həsənov və Orxan Məmmədov cəzalandırıldı

15:50 - 11 Avqust 2016

Azərbaycan Premyer Liqasında II turun hakim təyinatlarını diqqətinizə çatdırmışdıq.

 

Sportal.az xəbər verir ki, FİFA referiləri Orxan Məmmədov və Rəhim Həsənov bu tur təyinat almayıblar.

 

İlk turda AZAL – “Neftçi” matçındakı kobud səhv Rəhim Həsənovun cəzalandırılmasına səbəb olub.

 

Orxan Məmmədov isə "Zirə" - "Sumqayıt" matçındakı səhvlərinə görə 2-ci turda təyinat almayıb.

Xəbər xətti