Neftçi”nin müdafiəçisi Vançe Şıkov Makedoniya milli komandasının düşərgəsindədir.
Sportal.az xəbər verir ki, 31 yaşlı futbolçu dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 6-da İsrail, 9-da isə İtaliya yığmalarına qarşı oyunlarda öz komandasına kömək edə biləcək.
Qeyd edək ki, Vançe Şıkov 2007-ci ildən formasını geyindiyi Makedoniya milli komandasının heyətində 50 oyun keçirib və 4 qola imza atıb.
saytlarin hazirlanmasi