Elnur Cəfərov ciddi seçim qarşısında YAZI

00:28 - 22 Dekabr 2016

Azərbaycanlı futbolçu Elnur Cəfərov çıxış etdiyi “Duqopolye”də elə də yaxşı günlər keçirmir. 19 yaşlı forvard əsas heyətə düşməkdə çətinlik çəkir. Onun formasını geyindiyi klub hazırda 6-cı pillədədir və əsas liqaya iddialıdır. Lakin bu yolda baş məşqçi Miroslav Boyko millimizin üzvünə güvənmir.

 

Elnur Cəfərov gələcəyi parlaq hesab olunan futbolçularımızdan biridir. Elnur oynadığı futbolla, gah da futboldan kənar hadisələrlə diqqət mərkəzinə düşürdü. Amma son zamanlar artıq səs-sədası kəsilib, klubunda oynaya bilmir.

 

Elnur aşağı dəstə liqa klubunu tərk edəcək, çox oynamaq üçün. İstedadına görə Azərbaycanda seçilən oyunçulardan olan Cəfərovun bəxti gətirmir ki, gətirmir. “Xəzər Lənkəran”dan göndərilən, “Real Ovyedo”ya keçidi alınmayan, “Tondela”da qısa macəralar yaşayan və qalmaqalla ayrılan gənc futbolçu “Duqopolye”də də axtardığı xoşbəxtliyi tapa bilmədi. Elnur heyətə düşməyi bacarmır və rəqabətdə uduzur, nadir hallarda forma şansı qazanır.

 

Amma Elnur üçün ümidlər ölməməlidir. 19 yaşındadır, özünü sübut etmək üçün vaxtı var. Belə bir gənc istedadın gözümüzün qarşısında sönməsini istəməzdik.

 

2017-ci ilin yanvar ayında Elnur Cəfərov yeni klubda çıxış edəcək. Ümid edək ki, bu dəfə seçimində yanılmayacaq.

Xəbər xətti