ŞOK! Yasin Öztəkin "Qəbələ"də?

14:53 - 22 Dekabr 2016

Azərbaycan Premyer Liqasında çempionluğa iddialı olan "Qəbələ" heyətini gücləndirmək üçün fəaliyyətə başlayıb.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "qırmızı-qaralar" "Qalatasaray"ın əsas heyət üzvü olan Yasin Öztəkinin xidmətində maraqlıdır. Əyalət təmsilçisinin Türkiyə millisinin üzvünə görə, 3,5 milyon avrosundan keçməyə hazır olduğu qeyd edilib.

 

Lakin "Qəbələ"nin meneceri Səbuhi Səfiyarlı saytımıza verdiyi açıqlamada yayılan məlumatı təkzib edib və Yasin Öztəkinlə maraqlanmadıqlarını bildirib.

Xəbər xətti