"Qarabağ"ın futbolçusu İtaliya klublarının diqqət mərkəzində

18:11 - 22 Dekabr 2016

Braziliyalı futbolçu Riçard Almeyda qış transfer dönəmində "Qarabağ"dan ayrıla bilər. 

 

Sportal.az xəbər verir ki, bu haqda İtaliya mətbuatına açıqlamasında futbolçunun meneceri Qaetano Montalban məlumat verib. O, bildirib ki, Riçardın İtaliya A Seriyasında oynamaq şansı var:

 

"Bəli, təkliflər var. İtaliya A Seriyasında mübarizə aparan iki klub Riçardı transfer etmək istəyir. Almeydanın yayda bu klublardan birinə keçəcəyi gündəmdə olsa da, alınmadı. Ancaq həmin klublar hələ də yarımmüdafiəçini izləməkdə davam edirlər. Futbolçum özü də İtaliyada oynamağa hazırdı".

 

Menecer əlavə edib ki, gələn ay Almeydanın İtaliya A seriyasına transferi baş tuta bilər. Qaetano Montalban həmin klubların adlarını açıqlamayıb.

 

Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi 2012-ci ildən "Qarabağ"da çıxış edir.

Xəbər xətti