Millimizin futbolçusu, Portuqaliyanın “Boavişta” klubunda oynayan Kamran Ağayev Azərbaycana qayıtmaq istədiyini deyib.
Sportal.az xəbər verir ki, qapıçı bunu azerisport-a müsahibəsində bildirib. O, vətənə qayıtmaq və karyerasını burada davam etdirmək istədiyini söyləyib. Qapıçı atası üçün darıxdığını xüsusi vurğulayıb. Evlənməyin vaxtı çatdığını deyən Ağayev “Mənim 30 yaşım var. Atam üçün, evimiz üçün darıxıram. Artıq evlənmək vaxtıdı. Legioner ola-ola evlənmək çox çətindi. Meneceremlə danışacam. Azərbaycana qayıtmaq, yerli klubların birində oynamaq istəyirəm. Yaxın günlərdə hər şey məlum olacaq. Mövsümün sonuna qədər gözləmək istəmirəm”, - bildirib.
Qeyd edək ki, Kamran Ağayev mövsümün əvvəlində "Boavişta" ilə müqavilə imzalamışdı.
saytlarin hazirlanmasi