Milli komandamızın və Türkiyənin “Trabzonspor” klubunun üzvü Ramil Şeydayevin adı “Samsunspor” klubuyla hallanır.
Sportal.az xəbər verir ki, I Liqa klubunun idman direktoru Coşqun Ziren açıqlamasında transfer qadağalarının olduğunu bildirib:
“Bizim transfer qadağamız var. Buna görə də heyətimizə futbolçu qata bilmərik. Düzdür, bu vəziyyəti düzəldə bilərik və bunun üçün çalışırıq. Amma çətin məsələdir. Transfer qadağasını götürsək, baş məşqçimiz Osman Özköylünün istəyilə bəzi mövqeləri gücləndirəcəyik. Əgər problemi həll edə bilməsək, komandamızdan göndərilən futbolçu olmayacaq və bu heyətlə yolumuza davam edəcəyik”.
Qeyd edək ki, FİFA “Samsunspor”a 2016-cı ilin yay və 2017-ci ilin qış transfer pəncərəsi zamanı heyətinə futbolçu cəlb etməyi qadağan edib. Bu səbəbdən Ramil Şeydayev sözügedən kluba transfer ola bilməz.
saytlarin hazirlanmasi