Yaxşı günlərini yaşaman "Neftçi"də daha bir ayrılıq baş verib.
Sportal.az xəbər verir ki, gənc yarımmüdafiəçi Elşən Abdullayev "ağ qaralar"ı tərk edib. Abdullayevin paytaxt klubuyla müqaviləsi başa çatıb.
Futbolçu artıq "Qarabağ"la razılığa gəlib. Saytımıza klubdan verilən məlumata görə, Abdullayevlə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, "Neftçi" müdafiəçisi Eltun Yaqublunu "Səbail"ə icarəyə verib.
saytlarin hazirlanmasi