Millimizin üzvü Emin Mahmudov "Sovetski Sport"a müsahibə verib.
Sportal.az xəbər verir ki, "Boavişta"nın futbolçusu maraqlı fikirləri ilə yadda qalıb.
O, əvvəlcə Portuqaliya klubuna keçidindən danışıb:
"Baş məşqçi mənə etimad göstərmirdi. Gəldiyim ilk gündən "qara siyahı"ya düşdüm. Ancaq çalışdırıcının gəlişindən sonra hər şey deyişdi. Migel Leal yaxşı motivatordur. Psixologiyadan başa çıxır. Bundan başqa, taktika və pressinq üzərində çox işləyir. Deyir ki, öz arzunuzu qurun və hansı vəziyyətin yaranmasından asılı olmayaraq, ondan imtina etməyin. Öz xəyallarınızın arxasınca gedin".
Mahmudov portuqalca danışmaqda çətinlik çəkdiyini də söyləyib:
"Fikirimi çatdıra bilirəm. Amma çətin cümlələr olanda anlamıram. Cəmi 5 aydı buradayam. Buna baxmayaraq, hamı bildirir ki, portuqal dilində tez öyrənirəm. Bu dildə müsahibə vermək mənim üçün çətin olar (gülür).
Emin qol hesabını açdığı "Nasyonal"la oyundan da söz açıb: "Sözügedən qarşılaşmanın ən yaxşısı olması məni sevindirdi. Belə qiymətin daha çox olması üçün öz üzərimdə yenə çalışmalıyam. Səviyyəni qorumaq lazımdır".
Millimizin üzvü "yəqin ki, Portunun şərab zirzəmilərində olmusunuz?" sualına isə maraqlı cavab verib: "Mən müsəlman olduğum üçün şərab içmirəm.Ona görə də ora getməmişəm. Portuda şərab zirzəmilərindən başqa hər yerə getmişəm. Buranın mühiti istidir. Şəhər sakit, təmiz və ürəyəyatımlıdır. Futbol mənasında isə meydanlar xoşuma gəlir".
Gənc yarımmüdafiəçi "Boavişta"nın ən hörmətli oyunçularının da adını çəkib: "Mənə qol ötürməsini verən Andre Şembrini qeyd edə bilərəm. Sonra bizim qapıçımız Kamran Ağayev. Sağ kənar yarımmüdafiəçimiz Yuri Medeyruşu da qeyd edə bilərəm".
saytlarin hazirlanmasi