Ərsun Yanal: "Ramil Şeydayevdən istədiyimizi ala bilmədik"

10:10 - 27 Dekabr 2016

“28-ci dəqiqəyə qədər üstünlük bizim tərəfimizdə idi. Ancaq Yusuf Ərdoğanın qırmızı vərəqə alması işimizi çətinə saldı. Bu oyunun qırılma anı idi. Artıq hücum qurmaq üçün alternativ variantımız da qalamdı”. 

 

Sportal.az xəbər verir ki, bu sözlər Türkiyənin "Trabzonspor" klubunun baş məşqçisi Ərsun Yanala məxsusdu. Qara dəniz təmsilçisi Super Liqanın XVI turunda öz meydanında "Fənərbaxça"ya 0:3 hesabı ilə məğlub olub. Oyundan meydan sahiblərinin baş məşqçisi Ərsun Yanal darmadağın olduqları qarşılaşmadan danışıb:

 

“Qrımızı vərəqə almasaydıq, "Fənərbaxça"ya qarşı oynamaq bizim üçün çox asan olacaqdı. Ancaq azlıqda qaldıqdan sonra planlarımız alt-üst oldu. Əks hücum haqda düşünsək də, həyata keçirə bilmədik. Meydanda istədiyimizi edə bilmədik və rəqibə təslim olduq. Amma böyük dönəm olacaq. Güclü komanda yaratmalıyıq və vaxtımızı boş yerə xərcləməməliyik. Azarkeşlərin də səbiri tükənib. Hazırda çox çətin durumdayıq. Liderlər mövqeyinə irəliləmək çətin məsələdir. Amma biz bunun üçün çalışırıq”. 

 

Yanal azarkeşlərin komandaya olan münasibətlərindən də danışıb:

 

“Azarkeşlərin narazılğını və təzyiqini normal sayıram. Çünki biz stabil oyun sərgiləyə bilmirik. Azarkeşlərdə heç bir günah görmürəm, onlar haqlıdırlar. Onların istədiyi oyunu sərgiləməyə çalışırıq. Ancaq bu gün Trabzonda zirvəyə irəliləyə biləcək komanda yaratmaq çox çətindi”.

 

Təcrübəli çalışdırıcı yayda heyətə əlb olunan futbolçular haqda da fikir bildirib:

 

"İbanes, Hyun-Yun Suk və Ramil Şeydayevdən istədiyimizi ala bilmədik. Düzdür, Ramil çox gənc olsa da, digərlərinin kifayət qədər təcrübələri var. Bundan sonra daha düzgün transferlər etməliyik, daha diqqətli olamalıyıq. Komandamızda Yusuf və Abdulkadir kimi gənc futbolçular var. Yusuf özünü gənc kimi göstərmir və belə davam etsə, daha çox şans qazanacaq. Abdulkadirin isə bir qədər zamana ehtiyacı var".

 

Qeyd edək ki, millimizin üzvü Ramil Şeydayev mövsümün əvvəlində "Zenit"dən "Trabzonspor"a transfer olunub.  Şeydayev Super Liqada 16 tur ərzində yalnız 1 dəfə oynamaq şansı qazanıb.

Xəbər xətti