Dünyanın ən yaşı baş məşqçilərinin 2016-cı ilin son həftəsinin yeni reytinq siyahısı açıqlanıb.
Sportal.az xəbər verir ki, siyahıda “Qəbələ” və “Qarabağ”ın baş məşqçiləri Roman Qriqorçuk və Qurban Qurbanovun da adıları var.
Ötən cədvəldə 460-cı pillədə olan Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov 2 pillə irəliyərək 458-ci yerə yüksəlib (1361 xal).
Ötən ayda xeyli geriləyən “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk isə 1 pillə irəliləyib. O, aktivindəki 852 xalla 642-cidir.
Siyahıya isə “Barselona”nın çalışdırıcısı Luis Enrike başçılıq edir. Onun aktivində 16423 xal var. 2-ci yerdə 16079 xalla Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidan qərarlaşıb. “Atletiko”ya rəhbərlik edən Dieqo Simeone isə 13560 xalla 3-cüdür.