Elxan Abdullayev Ramil Şeydayev transferi üçün Türkiyədə ÖZƏL

23:12 - 28 Dekabr 2016

“Neftçi” qış transfer pəncərəsində heyətini gücləndirmək üçün fəaliyyətini davam etdirir.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, paytaxt klubunun baş məşqçisi Elxan Abdullayev “Trabzonspor”da əsas heyətə düşə bilməyən Ramil Şeydayevin transferi üçün Türkiyədədir. Mütəxəssis gənc futbolçunu “Neftçi”də oynaması üçün razı salmağa çalışacaq. Elxan Abdullayev Trabzon klubunun rəhbərliyi və milli komandamızın üzvüylə danışıqlar aparacaq.

 

Bir müddət əvvəl Türkiyə mətbuatında Qara dəniz təmsilçisinin Şeydayevi “Neftçi”yə göndərəmə hazır olduğu haqda məlumatlar yayılmışdı. Abdullayev gənc forvardın saqqızını oğurlaya bilsə, Şeydayev “Neftçi”də çıxış edəcək.

 

Əlavə edək ki, “Neftçi”nin “İnter”dən Ruslan Abışov və Ağabala Ramazanovu da heyətinə qatacağı gözlənilir.

Xəbər xətti