Vaqif Cavadov "Sumqayıt"dan niyə göndərilib? - Samir Abasov açıqladı

11:35 - 29 Dekabr 2016

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov komandasından göndərilən futbolçular haqda danışıb.

 

Mütəxəssis millimizin sabiq üzvü Vaqif Cavadovun göndərilməsinə Sportal.az-a açıqlamasında münasibət bildirib. Abasov bildirib ki, Cavadov sırf oyun sisteminə uyğun gəlmədi üçün komandadan göndərilib:

 

"Gedən futbolçuların yerini doldurmağa çalışacağıq. Bildiyiniz kimi, iranlı futbolçulardan tam narazi idim.Əlbəttə, onların ehtiyat oyunçular skamiyasında oturması məni razı edə bilməzdi. Çempionatın gedişi zamanı iranlıların göndəriləcəyini demişdim. Onların futbol oynamaq fikirlıri yox idi. Vaqif məsələsi isə bir az fərqlidi. Cavadovla danışdıq, başa saldıq ki, biz davam edə bilmərik. Onun komandamızdan göndərilməsi sırf oyun sistemimizlə bağlıdı. Biz istəyirik ki, komandamız kollektiv futbol oynasın. Kollektivdən bir-iki futbolçu "oturdusa", bizim üçün çətinliklər yaranır. Vaqif özü də özünü komandamızda görə bilmirdi. Ona görə də onunla yollarımızı ayırdıq. Vaqiflə heç bir problemimiz yoxdu".

Xəbər xətti