Ukrayanda ölkənin 5 ən güclü baş məşqçisinin adı açıqlanıb.
Sportal.az depo.ua-ya istinadən xəbər verir ki, siyahıda 3-cü pilləsində “Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçukdur.
Siyahının ilk pilləsində “Zarya”nın çalışdıırıcısı Vitali Vernidubdur. Vernidubun komandası ötən mövsüm Ukrayna çempionatını 3-cü yerdə tamamlayıb. Bundan əlavə, ölkə kubokunun gümüş müafatçısı olan “Zarya” Avropa Liqasının qrup mərhələsində də çıxış edib.
2-ci yerdə isə Ukrayna yığmasının çalışdırıcsı Andrey Şevçenkodur. Avropa çempionatından sonra millinin sükanı arxasına keçən Şevçenkonun rəhbərliyi altında Ukrayna daha yaxşı oyun nümayiş etdirməyə başlayıb.
3-cü yerdə isə “Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçukdur. Ukraynalı mütəxəssis “Qəbələ” ilə ardıcıl 2-ci ildi Avropa Liqasının qrupunadək irəliləyir. Düzdü, komanda qrupda xal toplaya bilməyib. Amma təsnifatda möhkəm Fransa “Lill”ini keçmək hörmətə layiqdi! Onu da unutmayaq ki, Qriqorçukun komandası Azərbaycan Premyer Liqasında liderlər sırasında möhkəmlənib. 1-ci yerdən cəmi bir xal geri qalan komanda çempionluğa iddia edir.
“Aleksandriya”nın baş məşqçisi Vladimir Şaran 4-cü, “Çernomorets”in çalışdırıcısı Aleksandr Babiç isə 5-cidir.
saytlarin hazirlanmasi