Türkiyənin “Trabzonspor” klubunda əsas heyətə düşməkdə çətinlik çəkən millimizin üzvü Ramil Şeydayevin karyerasını hansı klubda davam etdirəcəyi müəyyənləşib.
Sportal.az xəbər verir ki, yay transfer dönəmində Rusiyanın “Zenit” klubundan ayrılan futbolçu PTT I liqasında mübarizə aparan “Samsunspor” klubu ilə anlaşıb. Qardaş ölkədən olan həmkarlarımızın verdiyi məlumata görə, gənc hücumçu Samsun təmsilçisinin Antalyadakı təlim-məşq toplanışına qatılacaq.
Onun mövsümün sonuna qədər icarə əsasında “Samsunspor”un şərəfini qoruyacağı dəqiqdi.
Qeyd edək ki, Şeydayev “Trabzonspor”un heyətində 3 oyun keçirib və 1 qol vurmağı bacarıb.
saytlarin hazirlanmasi