Avropada 2016-cı ilin ən məhsuldar futbolçularının siyahısı açıqlanıb.
Sportal.az xəbər verir ki, UEFA-nın tərtib etdiyi siyahıda klub turnirlərində ən çox qol vuran 11 futbolçu yer alıb.
Cədvələ “Barselona”nın argentinalı ulduzu Lionel Messi başçılıq edir. Messi 2016-cı ildə Kataloniya klubunun heyətində 49 oyuna 50 qol vurub.
Lionel Messi (Barselona) – 49 oyun, 50 qol
Luis Suáres (Barselona) – 48 oyun, 47 qol
Zlatan Ibrahimoviç (PSJ/ Mançester Yuanyted) – 50 oyun, 47 qol
Robert Levandovski (Bavariya) – 48 oyun, 39 qol
Kriştiano Ronaldo (Real Madrid) – 42 oyun, 38 qol
Edinson Kavani (PSJ) – 48 oyun, 36 qol
Serxio Aquero (Mançester Siti) – 44 oyun, 35 qol
Qonsalo İquaín (Napoli/Yuventus) – 43 oyun, 33 qol
Pyer Emerik-Obameyanq (Borussiya Dortmund) – 43 oyun, 32 qol
Fyodor Smolov (Krasnodar) – 33 oyun, 29 qol
Aleksandr Lakazet (Lion) – 39 oyun, 29 qol
saytlarin hazirlanmasi