Almaniya mətbuatında II Bundesliqada yer alan “Ersgebirge” klubunun mövsümün ilk yarısındakı çıxışına toxunulub.
Sportal.az xəbər verir ki, mövsümün əvvəlində bu kluba keçən millimizin futbolçusu Dmitri Nazarov ən bərbad futbolçu adlandırılıb. II Liqanın rəsmi saytında belə yazı yerləşdirilib:
“O, “Karlsrue”dən baş məşqçi Pavel Datçevin istəyi ilə gətirilib. Lakin Azərbaycan millisinin oyunçusundan heç bir xeyir gəlmədi. Dmitri Nazarov əsas heyətdə möhkəmlənə bilmədi”.
Qeyd edək ki, Nazarov mövsümün əvvəlində “Ersgebirge” klubu ilə iki illik müqavilə imzalayıb. Onu da əlavə eləyək ki, Nazarovun qış transer dönəmində “Neftçi”yə transfer olunacağına dair məlumatlar yayılıb.
saytlarin hazirlanmasi