Qış transfer pəncərəsi açılan kimi, “Qəbələ” Araz Abdullayevin keçidini rəsmiləşdirdi. Lakin mətbuatda yayılan xəbərlərə görə, bu, son deyil və “Qəbələ” daha bir neçə yerli futbolçunu heyətə qatmaqda maraqlıdır. Bu siyahıda “Neftçi”dən Rəhman Hacıyevin adı var idi. Bu gün isə sportinfo.az saytında “İnter”dən Ağabala Ramazanovun da “Qəbələ”dən təklif aldığını yazıb.
Bəs, “Qəbələ” qış transferində adı çəkilən və ya başqa yerli futbolçuları həqiqətənmi transfer etmək niyyətindədi? Bu suala aydınlıq gətirmək üçün klubun baş meneceri Zaur Əzizova müraciət elədik. Sportal.az saytına danışan Zaur bəy bu xəbərləri təkzib etdi:
“Yerli futbolçuların transferi ilə bağlı məsələ bağlanıb. Hazırda klubda heç bir yerli futbolçuyla bağlı müzakirələr getmir. Ola bilər ki, hansısa çox münasib variant çıxsa, bu məsələyə baxıla bilər. Amma söhbət adlarını çəkdiyiniz futbolçulardan getmir”.
saytlarin hazirlanmasi