Adı “Neftçi” və APOEL-lə hallanan Çexiya millisinin futbolçusu Lukaş Droppa açıqlama verib.
Sportal.az xəbər verir ki, Rusiyanın “Tom” klubundan ayrılan 27 yaşlı yarımmüdafiəçi yeni komandasının adına yaxın günlərdə aydınlıq gələcəyini söyləyib:
“Azərbaycan, Türkiyə, Kipr, Rusiya və digər ölkələrin klublarından təklif almışam. Amma adı çəkilən ölkələrdə oynamaq istəmirəm. "Neftçi"yə keçməyə çox yaxın idim. Amma araşdırdım ki, komanda hazırda autsayderdir. Düzdür, yaxşı pul təklif edilmişdi. Ancaq autsayder komandaya gedə bilmərəm. Azərbaycanda yalnız "Qarabağ"ın təklifinə "bəli" deyərəm".
"Son 2-3 gündə 7 klub təklif göndərib. Çalışacam ki, tez bir zamanda yeni komandamın adı müəyyənləşsin. İstəmirəm ki, transfer məsələm son günlərə qədər yubansın. Çexiyaya da qayıtmaq variantım var”.
Qeyd edək ki, Droppa Çexiya millisinin heyətində 4 oyun keçirib.
saytlarin hazirlanmasi