Kamran Ağayevin komandası qapıçı transfer edir

12:30 - 4 Yanvar 2017

Millimizin üzvləri Kamrana Ağayevlə Emin Mahmudovun formasını geyindiyi Portuqaliyanın “Boavişta” klubu heyətini gücləndirəcək.

 

Sportal.az xəbər verir ki, Portu təmsilçisi heyətinə yeni qapıçı cəlb edəcək. Belçika Pro Liqasında çıxış edən “Muskron”un qolkiperi Vaqner da Silva “Boavişta”ya keçəcək.

 

30 yaşlı əlcək sahibi yeni komandasında mövsmüün sonuna qədər icarə əsasında çıxış edəcək.

 

Qeyd edək ki, Vaqner 2010/15-ci illərdə Portuqaliyanın “Eştoril” klubunda çıxış edib.

Xəbər xətti