"Neftçi"nin futbolçusu Qazaxıstan klublarının hədəfində ÖZƏL

15:05 - 4 Yanvar 2017

Cavid İmamverdiyevin “Neftçi”dən ayrılmaq istədiyi barədə məlumat vermişdik. Sportal.az bu futbolçuyla bağlı daha bir xəbər əldə eləyib.

 

Cavid İmamverdiyev Qazaxıstanın 3 klubunun maraq dairəsinə düşüb. Klubların adını dəqiqləşdirə bilməsək də, təkliflərin real olduğu bildirilir. Yeganə əngəl kimi klublardan birinə Cavid İmamverdiyevin zədəyə meylli futbolçu olduğuna dair məlumatın ötürülməsi olub. Lakin həmin klub bu məsələylə bağlı araşdırma aparıb və Caviddə xroniki zədə olmadığını öyrənib.

 

Mövzunu diqqətdə saxlayacağıq və həmin klubların adlarını öyrənən kimi oxucularımıza məlumat verəcəyik. 

Xəbər xətti