Avroliqaya vəsiqə hədəfləyən “Kəpəz” çempionatın ilk yarısını 6-cı pillədə başa vurdu. Düzdü, Gəncə təmsilçisi hələ də şanslarını qoruyur. Lakin heç kimə sirr deyil ki, qış fasiləsindən sonra həm “Neftçi”, həm də “Zirə” müqaviməti daha da artıracaq. Bəs, “Kəpəz” güclənəcəkmi?
Sportal.az saytına danışan “Kəpəz”in baş məşqçisi Şahin Diniyev əldə olan imkanlarla mübarizəni davam etdirəcəklərini dedi:
“Kəpəz”də yeni transferlər olmayacaq, büdcəmiz imkan vermir. İndi elə bir vəziyyətdir ki, əlimizdə olan futbolçularla mübarizə aparmalıyıq. Ötən mövsümlə müqayisədə indi yaradıcı futbol oynamağa çalışırıq. Əgər ötən mövsüm “ikinci nömrə” ilə oynayırdıqsa, bu mövsüm oyunu aparan tərəf bizik. Bu məqam nəticələrə təsir elədi çempionatın birinci yarısında. Amma inanıram ki, bu oyun modeli ilə yaxşı nəticələr qazanacağıq”.
saytlarin hazirlanmasi