"Qarabağ" millinin üzvünü transfer edir

15:56 - 5 Yanvar 2017

"Qarabağ" heyətini daha bir futbolçu ilə gücləndirir.

 

Sportal.az xəbər verir ki, söhbət Ağabala Ramazanovdan gedir.

 

"Neftçi"yə transferi gündəmdə olan "İnter"in hücumçusunun ağdamlılara keçidi çox yaxındı. Məsələyə münasibət öyrənmək üçün "Qarabağ"ın icraçı direktoru Əmrah Çəlikəllə əlaqə saxladıq. Klub rəsmisi saytımıza açıqlamasında məsələ belə münasibət bildirdi:

 

"Hələlik aramızda rəsmi anlaşma yoxdu. Əgər razılıq əldə olunsa, o, komandamızın Antalyadakı təlim-məşq toplanışına qatılacaq. Onun "İnter"lə olan məsələsini bilmirəm. Yəni, futbolçu ilə rəsmi olaraq münasibətlərə aydınlıq gətirməmişik".

 

Qeyd edək ki, Ramazanovun "bankirlər"lə olan müqaviləsinin müddəti mövsümün sonuna qədər idi (Futbol11.az)

 

Xəbər xətti