Millimizin futbolçusu "Neftçi"dən imtina etdi

13:13 - 6 Yanvar 2017

Milli komandamızın futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Aue Ersgebirge" klubundan ayrılacağı gözlənilirdi.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi son qərarını verib. Nazarov gələn təklifləri rədd edib və mövsümün sonuna qədər II Bundesliqada mübarizə aparan komandasında qalmağa qərar verib.

 

Qeyd edək ki, Nazarovun adı "Neftçi" və Almaniyanın bir neçə klubu ilə hallanırdı.

 

Xatırladaq ki, Nazarov yayda "Karlsrue"dən ayrılaraq baş məşqçi Pavel Dotçevin istəyilə "Aue Ersgebirge"yə keçmişdi. Lakin futbolçu əsas heyətdə möhkəmlənə bilməmişdi.

Xəbər xətti