“Neftçi hazırda Premyer Liqada 8 komanda arasında 7-ci pillədə qərarlaşıb. Amma komandada məşqçiləsr korpusu dəyişilib və qarşıya böyük hədəflər qoyulub. Yeni klubum adlı-sanlı və öz ənənsi olan komandadır”.
Sportal.az xəbər verir ki, bu sözləri “Neftçi”nin Donetsk "Olimpik"indən transfer etdiyi Kirill Petrov deyib. Paytaxt klubu ilə 1,5 illik müqavilə imzalayan ukraynalı müdafiəçi ölkəsinin mətbuatına açıqlama verib.
Petrov yeni komandasından və Premyer Liqamızdan danışıb:
“Neftçi” bir neçə mövsüm əvvəl Avropa Liqasının qrup mərhələsində çıxış edib. Mən yeni komandamda avrokuboklarda çıxış etmək istəyirəm. Bundan əlavə, fikrimcə, Azərbaycan çempionatının səviyyəsi də yaxşıdır. Klubların heyətində kifayət qədər legioner oyunçular var. Məncə, Azərbaycan Premyer Liqası Ukrayna çempionatının səviyyəsindən yüksəkdir. Karyeramda yenilik etmək istədim, “Neftçi”də nəsə kəşf etmək istəyirəm”.
26 yaşlı futbolçu “Neftçi”yə uyğunlaşmaqda çətinlik çəkməyəcəyini söyləyib:
“Neftçi”yə nə qədər müddətə adaptasiya olacağımı bilmirəm. Bunun üçün çempionatda oynamalı, atmosferi yaşamlıyam. Özümü yeni mühitdə, kollektivdə tapmalıyam. Yeri gəlmişkən, ötən il Ukraynda təlim-məşq toplanışında Azərbaycanın “Qəbələ” klubuna qarşı oynamışdım. “Qəbələ” kifayət qədər yaxşı və maraqlı rəqibdir. “Qəbələ” ölkənin lider klublarından biridir. Ona görə də, əminəm ki, Azərbaycanda oynamaq maraqlı olacaq. Təbii ki, uyğunlaşmaq bir qədər vaxt aparacaq. Məncə, uyğunlaşma prosesi çox çəkməyəcək”.
Kirill Petrov “Neftçi”də işlərinin qaydasında gedəcəyinə inandığını söyləyib:
“Yanvarın 28-də Premyer Liqada qış fasiləsi başa çatacaq, 3 həftə vaxt qalıb. Çempionata hazır olmaq üçün təlim-məşq toplanışında çox çalışmalıyıq. Oyunlara hazır olmaq üçün mən də çox çalışmalıyam. Adaptasiya mənim üçün problem deyil. “Neftçi”də işlərimin qaydasında gedəcəyinə əminəm”.
Qeyd edək ki, Ukrayna çempionatında 15 oyun keçirən Petrov 2 qol və 1 assistlə yadda qalıb.
saytlarin hazirlanmasi