Elxan Abdullayev: "Əsas hədəfimiz kuboku qazanmaqdı" MÜSAHİBƏ

01:16 - 7 Yanvar 2017

"Neftçi"nin baş məşqçisi Elxan Abdullayevin Sportal.az saytıına müsahibəsi:

 

- "Neftçi"yə yeni futbolçular cəlb olunub. Sizcə yeni gələnlər komandanı gücləndirə biləcək?

- Əlbəttə. Mən onlardan çox şey gözləyirəm. Bu futbolçuların hamısını izləyirdik. Hər biri güclü futbolçudu. Öz klublarında daim əsas heyətdə oynayıblar. Bəzilərini icarəyə götürdük, bəzilərini də müqavilə ilə transfer etdik.

 

- Ancaq yeni transferlər arasında yerli futbolçular azdı. Qarşıda yenilərinin komandaya cəlb olunması gözlənilir?

- Yerli futbolçu transfer etmək bir az çətindi. Bütün yaxşı futbolçular öz klublarında oynayırlar, hamısının da müqaviləsi var. Çox sevinirik ki, Namik Ələsgərovu transfer edə bildik. Pavel Paşayevlə də danışıq aparırıq. Onu da "Neftçi"yə gətirməyə çalışırıq. May ayında klubları ilə müqaviləsi başa çatan futbolçuları trasfer etməyə çalışacağıq.

 

- Gündəmdə hücumçu transferi var?

- Bəli. Hücumçu axtarırıq. Bu mövqe bizdə boş qalıb. Bir-iki futbolçu ilə danışıq aparırıq. İndi adlarını çəkmək istəmirəm. İkisi də Avropada çıxış edir. İspaniyadandılar, alınsa, müqavilə imzalayacağıq.

 

- Konkret olaraq "Neftçi"nin ikinci dövrədə hədəfi nə olacaq?

- Bilirsiz ki, bu il "Neftçi"nin 80 illiyidi. Buna görə də əsas diqqətimizi ölkə kubokuna yönəldəcəyik. Hədəfimiz kuboku qazanmaqdı. Premyer Liqada da maksimum yuxarı pillələr uğunda mübarizə aparmağa çalışacağıq. 3-cü pillə çətindi. Amma ilk 4-lükdə yer alıb Avroliqaya getmək istəyirik.

Xəbər xətti